Başlıcaİctimaiyyət

Dağıstanda azərbaycanlılarla qarşıdurma zamanı 7 polis xəsarət alıb

Dağıstanda sərhədi keçməyə icazə tələb edən Azərbaycan vətəndaşlarının qanunsuz hərəkətləri nəticəsində Rusiyanın huquq mühafizə orqanlarının yeddi əməkdaşı xəsarət alıb. Bu barədə Rusiya Federasiyasının Çəzaçəkmə Müəssisəsinin Dağıstandakı İstintaq İdarəsinin mətbuat xidmıtindən məlumat verilib.

“Baş verən qanunsuz hərəkətlər nəticəsində hüquq mühafizə orqanlarının 7 əməkdaşı xəsarət alıb, onlar 5 avtomobillərini dağıdıb”,- deyə bəyanatda qeyd olunur.

“TASS” Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonu administrasiyasının başçısı Fuad Şahıyevin sözlərinə istinadən bildirib ki, hadisədən sonra 90-dax çox Azərbaycan vətəndaşı saxlanılıb.“Azərbaycanın 93 vətəndaşı saxlanılıb.Onlar sərhədçilərin avtomobilləri də daxil olmaqla təxminən yeddi avtomobili dağıdıb”,- deyə o bildirib.

Şahıyev onu da bildirib ki, bir saat ərzində 155 Azərbaycan vətəndaşı Azərbaycana qayıdacaq.

Xatırladaq ki, çadır düşərgəsi Dağıstanın Qullar qəsəbəsinin yaxınlığına yerləşir.

Daha çox göstər
Back to top button