BaşlıcaSiyasət

ER SQ Baş qərargahında kadr dəyişiklikləri oldu

“Sputnik Armeniya”nın verdiyi məlumata görə, ER Prezidenti Armen Sarkisyan Silahlı qüvvələrin Baş qərargahında dəyişiklik edilməsi barədə üç sərəncam imzalayıb.

Sərəncama əsasən, Komitas Muradyan ER Silahlı qüvvələri Baş qərargah rəisinin birinci müavini vəzifəsindən azad edildi. Həmin vəzifəyə General-mayor Karen Abrahamyan təyin olunub.

Abrahamyan əvvəllər Artsax Müdafiə Ordusunun komandiri vəzifəsini tutmuşdur, ancaq bu ilin əvvəlində, fevralın 24-də, Abrahamyanın həmin vəzifədən azad olunması məlum oldu. Vəzifəsindən azad edilən Komitas Muradyan həmin vəzifəyə bu yaxınlarda,  fevralın 6-da təyin olunmuşdu.

ER Prezidenti Armen Sarkisyan başqa bir təyinat etdi: ER Silahlı qüvvələri Baş qərargah rəisinin müavini vəzifəsini icra edən Tiran Xaçatryan eyni yerdə birinci müavin təyin edildi.

Qeyd edək ki, bu ilin ilk yarımilliyi ərzində orduda qeyri-döyüş şəraitində 13 hərbçi həlak olub ki,  bununla bağlı vəzifələrdən  uzaqlaşdırılanlar olub.

Xatırladaq ki, bu günlərdə, iyunun 8-də, Armen Sarkisyanın sərəncamına görə, Silahlı qüvvələrin Baş qərargah rəisi general-leytenant Artak Davtyan vəzifəsindən azad edildi. Elə həmin gün bu vəzifəyə general-leytenant Onik Qasparyan təyin olundu.

Daha çox göstər
Back to top button