Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas KTMT-nin PA Şurasını Təşkilatın məsuliyyət sahəsindəki vəziyyət, kollektiv təhlükəsizliyə qarşı təhdidlərə qarşı mübarizə tədbirləri haqqında məlumatlandırdı.
Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Zas öz çıxışında, BMT Baş katibi Antonio Guterreşin koronavirus pandemiyası fonunda bütün münaqişələrdə atəşkəsə dair müraciətinin bir çox dövlətlər tərəfindən məhəl qoyulmamasına diqqət çəkdi.
Kollektiv təhlükəsizliyin Qafqaz bölgəsindəki vəziyyətə toxunan Zas, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərə baxmayaraq, onun nizamlanmasında irəliləyiş barədə danışmaq üçün hələ tez olduğunu söylədi.
“Aydındır ki, təmas xəttində atəşkəsə nail olmaq lazımdır. Maraqlı tərəflər arasındakı münaqişəli məsələləri dialoq və qarşılıqlı kompromis yolu ilə həll etməyə çalışmalıyıq “,-KTMT-nin Baş katibi vurğuladı.