
Kürdüstan İşçi partiyası (PKK) qüvvələrinə qarşı mübarizə bəhanəsi ilə həyata keçirdiyi hərbi əməliyyat İraqın suverenliyini və beynəlxalq hüququnu pozur.
Bu haqda Ərəb Dövlətləri Liqası Baş katibliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki,bəyanatın mətni iyunun 15-də yayımlanıb.
Ərəb Birliyinin Baş katibi Əhməd Əbu əl-Jait, PKK üzvlərinə qarşı mübarizə bəhanəsi ilə Türkiyənin Şimali İraqdakı hərbi əməliyyatını məhkum etdi və Türkiyənin hərbi müdaxiləsinin İraqın suverenliyini pozduğunu təsdiqlədi”-deyərək mətbuat xidmətinin məlumatında bildirilib.
Türkiyənin hərbi əməliyyatının Bağdad hökuməti ilə razılaşdırılmadığı, bu da “Ankaranın beynəlxalq hüquqa hörmətsizliyi və qonşu ərəb ölkələri ilə bərabər münasibətləri etinasızlığa vurmasını”göstərir.
“Türkiyənin həm Suriya, həm Liviya, həm də İraqdakı ərəb ölkələrinin işlərinə hərbi müdaxiləsi, bütün ərəb dövlətlərində narahatlıq irəli sürür və Türkiyənin ekspansionistçi niyyətlərini məhkum edir”-deyərək Liqanın mətbuat xidmətinin açıqlanmasında bnildirilib.
Qeyd etdiyimiz kimi İyunun 15-də Türkiyə Müdafiə nazirliyinin verdiyi rəsmi məlumata görə, Türkiyənin hərbi hava qüvvələri Kürdüstan Fəhlə Partiyasının (PKK) 81 obyektləri üzərinə zərbə endirərək İraqın Şimalında “Siyahı-Qartal” adlı genişmiqyaslı hava əməliyyatı həyata keçirdi.