BaşlıcaTəhlil

Kaspşik: ATƏT-in ofisi müvafiq şəraitlər olduğunda monitorinqi bərpa etməyə hazırdır

ATƏT-in ofisi müvafiq şəraitlər olduğu zaman genişmiqyaslı monitorinq işlərini bərpa etməyə hazırdır. Hal-hazırda isə, nisbətdən sakit vəziyyətdir, ancaq bəzən atışmalar və diverisya cəhdləri bu sakitliyi pozur.

Bunu NEWS.am-ə müsahibədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.

Müsahibədə səfir pandemiya səbəbindən monitorinq işlərinin dayandırılmasına və bu şəraitlərdə ATƏT-in ofisinin gələcək işlərinə, ofis imkanarının genişləndirməsinə, Ermənistanla Azərbaycan arasında etimadın güclənməsinə yönəlmiş tədbirlərin layihələşdirməsinə və bir sıra digər məsələlərə toxundu.

“ATƏT-in sədrliyi, Minsk qrupunun həmsədrləri və tərəflərlə məsləhətləşmələr apardıqdan sonra 18 martda mən bəyan etdim ki, ofisim monitorinq fəaliyyətini müvəqqəti dayandırır. Ondan sonra regionda beynəlxalq sərhədlər bağlandı, hərbi hissələri də ziyarət etmə məhdudiyyəti qoyuldu. Bundan başqa, ofis hakimiyyətlər tərəfindən qəbul olunmuş bütün tədbirləri ciddi şəkildə və istisna olmadan izləyir. Bu səbəbdən də mən və administrasiyam əlaqəli şəxslərlə bütün şəxsi görüşləri də dayandırdıq. Monitorinq və şəxsi görüşlərdən başqa, ofisim öz işini davam edir. Bir çox digər təşkilatlar kimi, bu vəziyyətdə biz də videokonfranslara üstünlük veririk”.

O qeyd etdi ki, hazırda o, mandatın olduğu yerlərə gedə bilməz, amma ən yüksək səviyyədə hərbi və mülki səlahiyyətlilərlə telefon əlaqəsi saxlayır və Minsk qrupu həmsədrləri tərəfindən keçirilən telefon konfranslarında iştirak edir.

ATƏT-in ofisinin imkanlarının genişləndirməsinə gəlincə isə, Kaspşik xatırlatdı ki, 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilmiş zirvələrdə ATƏT-in ofisinin genişləndirmə fikri prinsipiyal şəkildə qəbul olundu, lakin genişləndirmənin praktik tərəfləri hələ razılaşdırılmalıdır.

Səfir həmçinin Ermənistanla Azərbaycan arasında etimadın bərpasına yönəlmiş tədbirlərə toxundu və qeyd etdi ki, bu məsələdə iki ölkəyə dəstək vermək onun mandatının əhəmiyyətli bir qismidir:

“Ümidvaram ki, insanlar arasındakı təmaslar etimadın yaradılmasına və münasibətlərin bərpasına yardım edəcəkdir. Mən COVİD-19-la bağlı vəziyyətin imkan verdiyi zamanda, gələcəkdə etimadın gücləndirməsinə yönəlmiş tədbirlərin hazılanmasına yardım etmə tərəfdarıyam. Yalnız tərəflərin razı olduqları təqdirdə etimad inkişafına təşviq edə və dəstəkləyə bilərəm. Mən etimad tədbirlərinin inkişafına dəstək vermək üçün ATƏT-in sədrliyi və Minsk qrupu həmsədrləri ilə əlaqə saxlayıram. Bu cür tədbirlər hərbi, sosial, humanitar və ya iqtisadi sahələrdə də həyata keçirilə bilər”,-deyə Kaspşik vurğuladı.

Daha çox göstər
Back to top button