Başlıcaİctimaiyyət

Azərbaycan-Rusiya sərhədində baş verənlərə görə 10 azərbaycanlı saxlanıldı

Rusiya İstintaq Komitəsi iyunun 15-də Azərbaycan-Rusiya sərhəddində baş vermiş kütləvi toqquşmalarla bağlı cinayət işi açıb.

Ermənsitanın İctimai Radiosu Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid qedən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi) maddələri üzrə açılıb.

“Kullar postunda Azərbaycan vətəndaşları polislərin əmrinə tabe olmayaraq, daş və digər vasitələr tətbiq etməklə hüquq-mühafizə orqanlarına sağlamlığı üçün təhlükə törədiblər”, -deyə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

Xatırldaq ki, Rusiya-Azırbaycan sərhədində baş verənlər nəticəsində 9 polis yaralandı, 5 xidməti maşını isə zədələyib. Hazırda faktla bağlı 10 nəfər saxlanılıb. Araşdırmalar davam etdirilir.

Daha çox göstər
Back to top button