Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 10662-yə yüksəlib

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 4 nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.

İndiyədək Azərbaycanda ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4801, ötən müddət ərzində isə ümumilikdə 391 699 test aparılıb.

Daha çox göstər
Back to top button