Başlıcaİctimaiyyət

Azərbaycanlı keçmiş siyasi məhbus xanımının intihara cəhdi üçün DİN-i günahlandırır

Keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin xanımı bu gün çox sayda yuxu dərmanı içərək intihara cəhd edib. “Turan” agentliyinə əsasən, bu barədə iyunun 17-də, saat 13:00-də İ.Rüstəmzadə öz Facebook səhifəsində yazıb.

“Mən onu Semaşko xəstəxanasına (Kliniki Mərkəz) apardım, hazırda reanimasiyadadır. DİN-in öncə Facebookda yazıb onu təhdid edən nümayəndəsi 3 gün öncə yenə xəbərdarlıq edib ki, “İlkin susmasa öncəki yenə təkrarlanacaq”, – fəal yazıb, ancaq söhbətin nədən getdiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, fəalın həmkarlarının məlumatına görə, sosial şəbəkələrdə fəalın xanımının adına saxta profil yaradılıb və qadının şəxsi fotoları yerləşdirirlib.

Xatırladaq ki, İlkin Rüstəmzadə dinc vaxtı əsgər ölümlərinə qarşı etirazların təşkilinə görə 6 il həbsdə olan tanınmış gənc fəaldır. O, hakimiyyətin fəal tənqidçilərindən biridir

Daha çox göstər
Back to top button