Başlıcaİctimaiyyət

Oyan hərəkatının üzvü: “Azərbaycan hakimiyyəti bugünə qədər belə bir böhranla üzləşməmişdi.”

Oyan hərəkatının idarə heyyətinin üzvü Nahid Cəfərov Azərbaycan hakimiyyəti neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və ölkədə koronavirusun vəziyyətinə toxunub.

“Hakimiyyət isə bu zərbəyə qarşı nə edəcəyini və necə edəcəyini bilmir. Çünki, hakimiyyətin əzbərlədiyi bir mexanizm var, bu da adətən brokratik siyasətlə həyata keçirilir. 30-40 minlik polis qüvvəsinin son 30 ildə əzbərlədiyi bir qayda var ki, nəyin bahasına olur-olsun asayişi qorumaq lazımdır. Bunlar fikirləşirdilər ki, bu mexanizmi hər cür şəraitə tətbiq eləsək bu uğurlu alınacaq. Azərbaycan polisi fərqli mexanizmlərə öyrəşməyib və belə bir təcrübəsi yoxdur. Onlar asayişi qorumaq üçün ancaq dubinkaya əl atmağı çıxış yolu kimi görürlər”, -deyə o qeyd etdi.

İctimai fəalın sözlərinə görə, hakimiyyət başa düşür ki, Azərbaycan sosial partlayışın ərəfəsindədir.

“Hökümətin az da olsa geri çəkilməsinə səbəb insanların reaksiyası deyil, bu hadisənin böyük sosial partlayışa səbəb ola biləcəyi idi. Hakimiyyət bugünə qədər belə bir böhranla üzləşməmişdi. “.

Ermənistanı İctimai Radiosu “Amerikanın səsinə” istinadən yazır ki, Azərbaycan-Rusiya sərhədində baş verənlərə toxunan Nahid Cəfərov qeyd etdi ki, Azərbaycan hakimiyyəti Rusiya sərhədində qalan yüzlərlə vətəndaşına sahib çıxmır.

“görünən odur ki, öz vətəndaşının taleyi Azərbaycan hakimiyyətinin vecinə deyil. Bu da onu göstəriri ki, Azərbaycan hakimiyyətində bu böhranı idarə edə biləcək, düzgün qərar verə biləcək güc və mexanizmi yoxdur”.

Daha çox göstər
Back to top button