BaşlıcaSiyasət

ReAL Partiyasına 6 aydan çoxdur qurultay keçirməyə imkan verilmir

Bakı Şəhər İcra Hakimiyyəti ReAL Partiyasına təsis qurultayının keçirilməsi üçün yer ayrılması ilə bağlı müraciətinə iyunun 17-də cavab verib.

“Meydan.tv” saytına əsasən, icra hakimiyyəti iyulun 1-nə qədər ölkədə karantin rejiminin tətbiq edildiyini əsas gətirərək yalnız göstərilən tarixdən sonra müraciətə baxılacağını bildirib.

Müraciəti imzalayanlardan partiyanın sədri İlqar Məmmədov “Facebook” səhifəsində yazıb ki, icra hakimiyyəti onların ikinci müraciətinə eyni cavabı verib:

“Dekabrda Bakı İcra Hakimiyyəti deyirdi ki, yer ayıra bilmərik, yoxumuzdur. İndi isə deyir xüsusi karantin rejimi var, olmaz”.

Partiya sədri 6 aydan çoxdur qurultay keçirməyə imkan verilmədiyini bildirib:

“Konstitusiyada və Avropa Konvensiyasında nəzərdə tutulmuş haqqımız pozulur. Karantin, ya da digər səbəblər haqqımızı bu qədər məhdudlaşdırmağa heç bir əsas verməsə də”.

İlqar Məmmədovun sözlərinə görə, hətta karantinə uyğun minimum sayda təsisçi ilə qurultay keçirməyə hazırdırlar:

“Müraciətimizdən aydın idi ki, təki başqa partiyalar kimi biz də dövlət qeydiyyatından keçə bilək. İndi Ədliyyə Nazirliyi və ya başqa dövlət qurumu ilə bu haqda qısa bir müzakirəyə başlamağa çalışacağıq”.

Daha çox göstər
Back to top button