
Ermənistanın da üzvü olduğu Avropa ölkələrinin milli tənzimləyicilərinin platforması, bir qayda olaraq, bir çox digər Avropa strukturları kimi kifayət qədər formal xarakter daşıyır.
Bu haqda Televiziya və Radionun Milli Komissiyasının sədri Tiqran Hakobyan Milli Televiziya və Radio Komissiyasının 2019-cu ildə fəaliyyəti barədə hesabatın iyunun 17-də keçirilən iclasındakı müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
Bununla əlaqədar Hakobyan,Azərbaycanda yayımlanan anti-erməni və anti-insanlıq proqram və verilişlərini təqdim etməklə təşkilatın fəaliyyətini gücləndirməyə çalışdıqlarını qeyd etdi.
“Biz yaz sessiyasında çıxış etməyə razılıq verdik və platformanı Ermənistan və Azərbaycan tənzimləyiciləri arasında anti-Ermənistan və ya anti-azərbaycan mediada yayımını azaltmaq üçün vasitəçi olmağa çağırdıq. Bu təbliğatı da istisna etmirəm.
Başqa sözlə , mənim fikrimcə, həmin quruluşda çox aktiv şəkildə işə başlamışıq”-deyərək , Ermənistan Televiziya və radio milli komitəsinin rəhbəri vurğulayıb.