
Artsax Səhiyyə Nazirliyindən verilən məlumata görə, Martakert rayonunda yeni infeksiya ocağı aşkarlanıb. Rayon kəndlərindən birində 2 nəfər koronavirusa yoluxub. Üçüncü yoluxma halı isə, Hadrut rayonundandır.
Beləliklə, sutka ərzində COVİD-19-a yoluxanların sayı 3 nəfər artaraq 94-ə çatdı.
56 nəfər infeksiyadan sağalıb və evə buraxılıb. 95 nəfər karantindədir. Artsaxda ölüm hadisəsi qeydə alınmadı. İndiyədək 1520 test aparıldı.