Başlıcaİdman

Azərbaycan futbol çempionatı koronavirus səbəbindən yarımçıq bitdi

İyunun 18-də AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) İcra Komitəsinin onlayn iclasında başa çatmasına 8 tur qalan Azərbaycan çempionatını vaxtından əvvəl yekunlaşdırmaq qərarı verilib. 

İcra Komitəsi öz qərarını koronavirus pandemiyası, infeksiyaya yoluxanların sayının artması, karantin rejimi iyulun 1-nə qədər uzadıldığına görə komandaların hazırlığı üçün kifayət qədər vaxt olmaması ilə izah edib.

Qeyd edək ki, bu qərar futbol ekspertləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar qeyd ediblər ki, koronavirusla bağlı vəziyyət Azərbaycanda olduğundan daha ağır olan ölkələr belə çempionatları bərpa ediblər. 

Bu, Avropa kuboklarında oynayacaq Azərbaycan klublarının hazırlıq səviyyəsinə də təsirini göstərəcək. 

Daha çox göstər
Back to top button