Başlıcaİctimaiyyət

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a verilən məlumata görə, iyunun 17-də axşam saatlarında Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığında Azərbaycan sərhədçiləri İran tərəfdən bir qrup silahlı şəxsin sərhədi pozduğunu qeydə alıb.

Görülən tədbirlər zamanı sərhədin pozulduğu ərazi mühasirəyə alınıb. Sərhədi pozan şəxslərə dayanmaq əmri verilib, amma onlar avtomat silahdan atəş açıblar.

Cavab atəşi ilə sərhədi pozanlardan biri yaralanıb və geri qaçmağa çalışıb, amma sərhəddəki Bolqarçay çayına düşərək, boğulub. Onun cəsədi İran sərhədçiləri tərəfindən çaydan çıxarılıb. Sərhədi pozan digər şəxslər geri qaçmağa müvəffəq olublar, amma İran sərhədçiləri tərəfinən saxlanılıblar.

Hadisə yerində Azəbaycan və İran sərhədçilərinin görüşü keçirilib.

Daha çox göstər
Back to top button