Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayı 10991-ə çatdı

Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Hazırkı dövrədək ölkədə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 783 nəfərdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 397 min 399 test aparılıb.