Başlıcaİctimaiyyət

Azərbaycanda tibb işçiləri aksiya keçirib

Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşları iyunun 17-də Xırdalan şəhərindəki stansiyanın ərazisində etiraz aksiyası keçiriblər. Məlumatlı Amerikanın Səsi yayıb.

Aksiya iştirakçıların sözlərinə görə, Prezident İlham Əliyevin mart ayında imzaladığı sərəncama əsasən, koronavirus pandemiyası ilə mübarizə aparan tibb işçilərinə verilməli olan əlavə ödənişlər onlara çatmayıb.

Onlar deyiblər ki, qızdırmalı xəstələrin çağırışlarına gedirlər.

Etiraz edənlər habelə bildirib ki, şikayətlərini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzərinə çatdırıblar: “TƏBİB isə deyir ki, bizlik deyil, gedin baş həkiminizə deyin. Onun yanına isə düşmək olmur. 20 gündən çoxdur prezidentə məktub yollamışıq, cavab yoxdur”.

Aksiya iştirakçıları əlavə edib ki, işlədikləri Təcili Tibbi Yardım maşınları çoxdan köhnəlib. “2007-ci ilin maşınlarıdır, köhnədir. Maşınlarda olan avadanlıq işləmir. Xahiş edirik, işimizə baxılsın”, şikayətçi vurğulayıb.

Daha çox göstər
Back to top button