BaşlıcaMədəniyyət

Bütün tərəfdarlarımıza təşəkkür edirəm. Marianna Grigoryan “WORLD FOLK VISION” müsabiqə-festivalının finalındadır

“Armenpress”in müxbiri ilə söhbətində musiqiçi onlayn səsvermə ilə onu dəstəkləyənlərin hamısına minnətdar olduğunu bildirdi.

Müsabiqənin təşkilatçıları Mariannanı təbrik edərək, qeyd edib ki, o parlaq və istedadlı şəxsdir və özünü sənətə həsr etmiş, özünəməxsus ustalığı, aktyorluq bacarığı və maraqlı repertuarla  nüfuzlu müsabiqə-festivallarının pərəstişkarlarını və tamaşaçılarını heyətləndirmişdir. Təşkilatçıların fikrincə, Mariannanın sənəti erməni mədəniyyətinin qorunub saxlanmasına və təqdim etməsinə öz töhfəsini verir.

Qanunist bildirdi ki, səsvermədə 151 ölkədən 16 mln-dan çox insan iştirak edib.  Finalda qalib gəlmək üçün  nəzərdə tutulmuş səsvermə iyunun 18-dən iyunun 28-dək keçiriləcək. Musiqiçi bildirdi ki, ona dövlət səviyyəsiylə dəstək lazımdır.

Marianna Grigoryana səs vermək üçün, “WORLD FOLK VISION” veb saytına daxil olmaq, qeydiyyatdan keçmək və Ermənistanın lehinə on xal vermək lazımdır.

Linkə keçərək səsvermədə iştirak edə bilərsiniz.

İnternetdə keçirilən müsabiqədə iştirak etmək üçün  Marianna milli alət qanun ilə Sayat-Nova-nın “Eşxemed” əsərini ifa edib.  Seçki  bi ay davam edib. Müsabiqədə 115 ölkə nümayındısi iştirak edib, amma 3950 iştirakçıdan yarımfinala 60 ölkə təqdim edən 180 iştirakçı keçib. Bunların arasında orkestrlər, xorlar, fərdi ifaçılar var.

“Demək olar ki, bütün ölkələrdə qanunistlər var, lakin həmin ölkələrin nümayəndələrindən heç biri yarışda qanun aləti ilə iştirak etmir. Çox sevindirici haldır. Düzünü desəm, həqiqətən qazanmaq istəyirəm”- deyə  Marianna söyləyib.

Daha çox göstər
Back to top button