Başlıcaİctimaiyyət

Ermənistan əhalisinin 60 faizi Avropa İttifaqına, 51 faizi isə Avrasiya İqtisadi Birliyinə güvənir

“EU NEIGHBOURS east” layihəsi “ACT şirkəti ilə birlikdə Şərq Tərəfdaşlığının 6 ölkəsində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) ictimai fikir araşdırmaları həyata keçirir.
2020-ci il sorğusunun nəticələrini təqdim edirik.

1) 2016-cı ilin 44 faizi ilə müqayisədə ermənilərin 53 faizi Avropa İttifaqı haqqında müsbət təsəvvürə malikdir. Avropa İttifaqı barədə mənfi fikirlərə malik olanların sayı cəmi 9 faiz təşkil edir.

2) Ermənilərin 86 faizi (2016-cı ildən 10 faiz artıq) Avropa İttifaqı ilə münasibətləri yaxşı qiymətləndirir ki, bu da Şərq Tərəfdaşlığının regional orta göstəricisini (70 faiz) əhəmiyyətli dərəcədə üstələyir.

3) Ermənistan əhalisinin 60 faizi Avropa İttifaqına, 51 faizi isə Avrasiya İqtisadi Birliyinə güvənir.

4) Ermənilərin65 faizi Avropa İttifaqı tərəfindən Ermənistana göstərilən maliyyə dəstəyi haqqında məlumatlıdır və bu dəstəkdən məlumatlı olan vətəndaşların 80 faizi onu effektiv hesab edir.
Sorğunun məqsədi, Avropa Birliyi və üzv ölkələrinin əməkdaşlığına dair Aİ Tərəfdaşlığı ölkələri vətəndaşlarının fikirlərini və məlumatlılığını daha yaxşı başa düşməsidir.

Daha çox göstər
Back to top button