BaşlıcaTəhlil

Paşinyan Azərbaycan xalqı derkən orada yaşayan müxtəlif millət nümayəndələrini də nəzərədə tutur: Tovmasyan

Artsax Respublikası Parlamentinin sədri Artur Tovmasyan öz feysbuk səhifəsində ER Parlamentində Baş nazir Nikol Paşinyanın çıxışında səsləndirilmiş sözlərə toxundu.

“Əziz həmvətənlilər,

Dünən ER Parlamentində keçirilmiş sual-cavab zamanı Baş nazir Nikol Paşinyan öz çıxışında Azərbaycan hakimiyyətlərinin macəralı hərbi ritorikasına toxunaraq qeyd edib ki, bu ölkənin hakimiyyətləri öz xalqını zəfər müharibəsi barədə fikirlərlə bəsləyir, ancaq məzmun baxımından rəsmi Bakı Ermənistan və Artsaxa heç nə məcbur edə bilməz.

Ermənistan Baş naziri yaxın keçmişdə bəyan etmişdi ki, əgər Azərbaycan hakimiyyəti dialoqdan imtina etməyə davam etsə, Azərbaycan xalqı ilə danışacaqdır.

Sual-cavab zamanı Nikol Paşinyan sadəcə bu niyyətini xatırlatdı.

Azərbaycan xalqı derkən, Baş nazir bu ölkədə yaşayan müxtəif millət nümayəndələrini – Ləzgilər, Talışlar, Tatarlar, Avarlar və Kürdləri də nəzərdə tutur. Yeri gəlmikən, sonuncular artıq asimilyasiya ərəfəsindədirlər və çox vaxt azərbaycanlı kimi yazılırlar.

Azərbaycanda yaşayan bu xalqlar nümayəndələrinin hazırkı hakimiyyətlə bir çox problemi var və onların üsyanı Azərbaycan adlı dövlətə dağıdıcı təsir göstərəcəkdir. Rəsmi Bakı bu reallığı başa düşürmü?”

Daha çox göstər
Back to top button