
Xarici işlər naziri Zohrab Mnatsakanyan,Ermənistan Respublikası bir tərəfdaşla əməkdaşlıq edərkən digər tərəfdaşla münasibətlər hesabına bunu etmədiyini bir daha təsdiqlədi.
“Armenpress”in verdiyi məlumata görə, Mnatsakanyan bu barədə parlamentdə hökumətlə sual-cavab ərzində “Lusavor Hayastan” fraksiyasının üzvü Ani Samsonyanın Ermənistanın Dini Etiqad Azadlığı Beynəlxalq Alyansına daxil olması ilə bağlı sualını cavablandırarkən bəyan edib.
Deputatın Amerika Birləşmiş Ştatlarının bloka üzv ölkələrdən Çin əleyhinə bəyanatlar verdiyini müşahidə etməsinə münasibət bildirən Mnatsakanyan, platformanın ortaq praktik qərarlar nəzərdə tutmadığını qeyd etdi.
“Alyans ortaq praktik qərarlar, səsvermə mexanizmini nəzərdə tutmur. Hər bir üzv dövlət proqram və təkliflərini rəhbər tutur. Ermənistan artıq bir çox nümunə göstərdi ki, bir tərəfdaşla əməkdaşlıq edərək başqa tərəfdaş hesabına bunu etmir.
Hər hansı digər tərəfdaşla əməkdaşlığımıza xələl gətirəcək bir funksiya ilə məşğul ola bilməyimiz mümkün deyildir. Bu, ciddi əməl etdiyimiz vacib bir prinsipdir”-deyərək Mnatsakanyan qeyd edib.
Xarici işlər naziri qeyd etdi ki, dini azadlıqlar məsələsi Ermənistanın xarici siyasətinin gündəliyində əsas yer tutur..
“Bu təşəbbüs bizə dost ölkələrlə işləmək imkannı yaradır, dini azlıqların vəziyyətini yaxşılaşdıracaq proqramlar hazırlamaq üçün dost ölkələrimizlə işləmək üçün bir fürsət təmin edir”-deyərək nazir qeyd edib.
Ermənistan 2020-ci il fevralında formalaşmış, Beynəlxalq Dini Azadlıq beynəlxalq Alyansa qoşuldu ki,onun tərkibində 29 ölkə daxildir.