Başlıcaİctimaiyyət
Azərbaycanda həbsdə olan jurnalistin xanımı təkbaşına aksiya keçirib
“Azel TV” xəbər saytının təsisçisi, həbsdə olan Əfqan Sadıqovun xanımı Sevinc Sadıqova bu gün baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib. Məlumatı “Turan” agentliyi yayıb.
O, həyat yoldaşının saxlandığı yer haqda məlumatın olmamasına və onunla telefon danışığına, görüşə imkan verilməməsinə etiraz edib.
Sadıqova avtomobil yolunun ortasında duraraq yolu bağlamağa çalışıb və yoldan keçənləri ona qoşulmağa çağırıb.
O, plakat qaldırıb: “Mən öz dövlətimdən ədalət istəyirəm! Qanunlara ədalət! Məhkəməyə ədalət!”. Mülki geyimli şəxslər ona yoldan çıxmağı təklif ediblər. Nəhayət, onu idarənin binasına dəvət ediblər.