Başlıcaİctimaiyyət
Azərbaycanda polis zorakılığına etiraz aksiyası keçirilib

Azərbaycanda iyunun 18-də Xalq Cəbhəsi Partiyasının bir qrup qadın fəalı karantin dövründə polis zorakılığına etiraz aksiyası keçirib.
“Turan” informasiya agentliyi xəbər verib ki, aksiya iştirakçıları 7-8 iyun tarixlərində Yeni Yasamal massivinin sakinlərinə qarşı polis zorakılığını pisləyən şüarlar səsləndiriblər.
Bir neçə dəqiqə sonra hadisə yerinə polis dəstələri gəlib, onlar aksiya iştirakçılarını saxlayaraq polis bölməsinə aparıb.