Başlıcaİctimaiyyət

Azərbaycanda ümumilikdə 11 329 nəfər koronavirusa yoluxub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 6 nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.

İndiyədək Azərbaycanda ümumilikdə 11329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6100, ötən müddət ərzində isə ümumilikdə 403 499 test aparılıb.

Daha çox göstər
Back to top button