BaşlıcaSiyasət

Baş nazir Şərq Tərəfdaşlığı smmitində vizaların liberallaşdırıması üzrə dialoqa əhəmiyyət verib

Ermənistanın Hökuməti islahatların hər mərhələsində Avropa tərəfaşalarının dəstəyini hiss etdi. Bu barədə ER baş naziri Nikol Paşiyan Şərq Tərəfdaşlığı sammitinin video konfransında bildirib.

“Avropa Birliyi Ermənistanın dövlət strukturlarının qurulmasında əsas tərəfdaşıdır.Bu baxımdan Hərtərəfli və geniləndirilmiş əməkdaşlıq haqqında sazişin xüsusi əhəmiyyəti var.

Ermənistan Avropa Birliyi ilə demoratik dəyərlərə və mədəni ortaqlıqlara əsaslanan tərəfdaşlığını inkişaf etdirməyə hazırdır. Şərq Tərəfdaşlığı əməkdaşlığımızın hərəkətverici qüvvəsidir. O, Avropa Birliyi və regionun ölkələri ilə dialoq və əməkdaşlıq üçün efektiv bir platform təmin edir. Bunun bötüvlüyünün və davamlığının qorunması çox vacibdir”,- deyə Nikol Paşinyan qeyd etdi.

Nikol Paşinyan vurğulayıb ki, Ermənistan 2020-ci ildən sonra siyasətlə bağlı həyata keçiriləcək ortaq kommünikeni alqışlayır.

“Sənəddə olan beş məqsədlər prioritetlərimzə uyğundur. İnanırıq ki, 2020-ci ildən sonra qeyd olunan hədəflər güclü müqavimət və vacib nəticələr təmin etməlidir. Ermənistan vətəndaşları üçün görünən nəticələrinin təmin edilməsinin ən axşı yolu vizaların liberallaşdırılması üzrə diloqun başlanması olacaq”, -deyə Baş naziri bildirib.

Nikol Paşinyan vurğuladı ki, koronavirusla mübarizədə görülən tədbirlər Avropa Birliyi və Tərəfdaşlığının həmrəylik və əməkdaşlıq siyasətinin bir nümunəsidir.

“Ermənistan böhranın təcili ehtiyaclarını təmn etməyə və bunun mənfi təsirini azaltmağa yönəlmiş 92 milyon avrodan çox dəstəyi yüksək qiymətləndirir”, – deyə Nikol Paşinyan qeyd etdi.

Daha çox göstər
Back to top button