Başlıcaİctimaiyyət

Dağıstanlı deputat Azərbaycan hakimiyyətini tənqid etdi

“Sərhəddə qalmış Azərbaycan vətəndaşlarının səbri tükənib. Çünki onlara heç bir konkret söz deyilmir. Bura Azərbaycan tərəfdən hansısa məmurlar gəlir. Amma bu adamlarla heç kim görüşmür, inanın mənə. Azərbaycan nümayəndələri gəlib, Dərbənd rayon hakimiyyətinin kabinetində, ayrı-ayrı məmurlarla fotolar çəkdiriblər və çıxıb gediblər. Amma bir vətəndaş kimi onlara heç bir zəmanət verilməyib”.

Bunu AzadlıqRadiosuna müsahibəsində Dağıstan Parlamentinin deputatı Marat Aslanov deyib.

O bildirib ki, Azərbaycan məmurları öz vətəndaşları ilə heç gəlib görüşmürlər də.

Qeyd edək ki, iyunun 15-də Rusiya ilə sərhəddə üç aydan çoxdur ki, ölkəsinə keçməyi gözləyən Azərbaycan vətəndaşları ilə yerli polis arasında toqquşma olub. Hadisə vaxtı üç nəfər həlak olub, 90-a yaxın adam adam saxlanıb.

Daha çox göstər
Back to top button