BaşlıcaSiyasət

ER Milli Təhlükəsizlik Xidməti Azərbaycanın saxtakarlığını ifşa etdi

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan tərəfindən hazırlanmış saxta videonu ifşa etdi.

MTX mətbuat xidmətindən verilən məlumata görə, mayın 29-da “Qizil alma” adlı azərbaycanlı istifadəçi Youtube-də “Erməni arxitektordan etiraf: Yerevan bizim deyil” sərlövhəli video yerləşdirib. Videoda Aqnessa adlı qadın rus dilində suallara cavab verir.

Respublika meydanında Aqnessa bildirir ki, “Yerevanda ermənilər yaşamayıb, onlar sadəcə ticarət üçün bura gəliblər”. Videonun araşdırılmasından sonra məlum olub ki, video digər bir videonun ayrı hissələrindən montaj edilib, nəticədə isə, sözlərin əsl mənası təhrif olunub.

Montaj edilmiş bu video Azərbaycan mediası tərəfindən anti-erməni şərhlərlə yayımlandı. Qeyd olunurdu ki, “Yerevanda ermənilər yaşamayıblar” və bu bir daha sübut edir ki, “İrəvan qədim Azərbaycan şəhəri olmuşdur və 1918-ci ildə ermənilərə verilmişdir”.

Məlum olub ki, video cari il fevral ayında rusiyalı bloqqer İlya Varlamov tərəfindən çəkilmişdir, Aqnessa isə, ona şəhəri göstərirdi.

Varlamovun videosunda söz 1850-ci illərdə Yerevan şəhərinin Qantar bazarından gedirdi (indiki V. Sargsyan adlı küçəsinin yan hissəsi). Orada keçmişdə azərbaycanlılar deyil, farslar yaşayırdı. Ermənilərsə, ora yalnız ticarət üçün gedirdi.

Bütün bu, bir daha göstərir ki, Azərbaycan tərəfi tarixə saxtakarlıqlarıla girmək istəyir, lakin bunu bacarmayacaqdır.

Ermənistan Respublikası vətəndaşlarına təkrar daha sayıq olamağa, çaxnaşmamağa və bu cür videolar yaymamağa, belə videoların aşkarlanmasında isə, ER MTX-ni məlumatlandırmağa çağırırıq.

Daha çox göstər
Back to top button