Başlıcaİctimaiyyət

Müxalif Tofiq Yaqublunun həbs müddəti daha iki ay uzadılıb

Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs müddəti daha iki ay uzadılıb. Bu qərarı Bakının Xətai Rayon Məhkəməsi qəbul edib.

“Amerikaninsesi.org” saytına əsasən, Tofiq Yaqublunun vəkili Aqil Layıcov deyib ki ,bu işdə müdafiə etdiyi şəxsin haqqında həbs-qətimkan tədbirinin seçilməsi və müddətin uzadılması üçün əsas yoxdur.

Tofiq Yaqublunun qızı Nigar Həzi də atasının siyasi fəaliyyətinə və tənqidi fikirlərinə görə sifarişlə həbs olunduğunu qeyd edərək bu səbəbdən məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib.

O, Tofiq Yaqublunun astma xəstəliyindən əziyyət çəkdiyini qeyd edərək, koronavirusun kəskin yayıldığı bir vaxtda onun həyatına təhlükə yarandığını deyib.

Xatırladaq ki, Tofiq Yaqublu martın 22-də  xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamı ilə həbs edilib. Bu, prezident İlham Əliyevin müxalifətin ünvanına təhdid yer alan çıxışından bir neçə gün sonra baş verib.

Bir çox beynəlxalq təşkilatlar T.Yaqublunun həbsini pisləyiblər, hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.

Daha çox göstər
Back to top button