BaşlıcaSiyasət

Paşinyan: “Bu müqavimət və əngəllərə baxmayaraq, islahatları qətiyyətlə davam etdirəcəyik”

Son iki ildə Ermənistan hökuməti qanunun aliliyinə və hökumətin hesabatlna əsaslanan güclü demokratik institutların yaradılması üçün hərtərəfli islahatlar həyata keçirdi. Bu haqda  Baş nazir Nikol Paşinyan Şərq Tərəfdaşlığı sammitinin video konfransında bəyan edib.

“Korrupsiyaya qarşı mübarizə və məhkəmə sisteminin   yenidən dəyişdirilməsi gündəmimizin mərkəzindədir. Ancaq səylərimiz, keçmiş oliqopoliyaların və korrupsioner dairələrin güclü müqavimətləriylə qarşılandı.

Qeyri-qanuni əldə edilmiş əmlaklarını itirməkdən qorxanlar kütləvi informasiya vasitələrini  istifadə edir və hökumətə qarşı inamsızlıq toxumunu səpmək üçün yalan şayiələr yaymaq və koronavirus epidemiyasına qarşı səyləri sarsıtmaqla məşğuldur.

Bütün bu maneələrə baxmayaraq, Ermənistanda demokratiyanın geri dönməz olması üçün islahatları qətiyyətlə davam etdirəcəyik”-“Armenpress”ə əsasən bu haqda Baş nazir Paşinyan bəyan edib.

Daha çox göstər
Back to top button