Başlıcaİctimaiyyət

“Sərhədsiz Reportyorlar” Criminal.az saytının redaktoru barəsində hökmü pisləyib

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı Criminal.az saytının redaktoru Anar Məmmədov barəsində Ağdam rayon məhkəməsinin dünən çıxardığı hökmü pisləyib.

“Bu, artıq təzyiq altında olan jurnalistin təqibinin növbəti nümunəsidir”, deyə təşkilatın Tvitter-dəki hesabında bildirilir.

Qeyd edək ki, Anar Məmmədova qarşı iddia qaldıran sahibkar Məlahət Qurbanova onun CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edib.

Məhkəmə 147.1-ci maddə üzrə jurnalistə bəraət verib, 148-ci maddə üzrə isə 1 il islah işlərinə məhkum edib. Bir il ərzində onun əmək haqqından 20% dövlətin xeyrinə kəsiləcək. 

Daha çox göstər
Back to top button