
“Arminfo”nun verdiyi məlumata görə, bəzi müxalif qüvvələrin fəallaşmasının yeganə səbəbi cinayət hadisələridir. Sadəcə vəziyyəti qeyri—sabitləşdirmək cəhdləri olub və bütünlüklə dəf edilib. Bu haqda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.
Mövcud daxili siyasi vəziyyətdən danışarkən, bunun qorxuya səbəb olmadığını qeyd etdi. Vəziyyəti gərginləşdirmək üçün bəzi cəhdlərin edildiyi, lakin tamamilə zərərsizləşdirildiyi qeyd edildi.
Qriqoryanın sözlərinə görə, bu günki halda ölkə üçün əsas problem koronavirusdur, lakin hökumət bütün lazımi tədbirləri görür və təhlükəsizlik sistemisə səmərəli işləyir.
Koronavirus olan bəzi xəstələrin şəxsi məlumatlarının sızmasına gəlincə, Təhlükəsizlik Şurasının başçısı hadisənin Milli Təhlükəsizlik Şurası tərəfindən araşdırıldığını söylədi.