BaşlıcaSiyasət

Yerevanda Ermənistan və Artsaxın təhlükəsizlik şuralarının birgə iclası keçirilib

İyunun 19-da Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın həmsədrliyiylə  Yerevanda AR və ER təhlükəsizlik şuralarının birgə iclası keçirilib. İclasda ER Parlamentinin sədri Ararat Mirzoyan və AR Parlamentinin sədri Artur Tovmasyan iştirak edib.

Bu barədə “Armenpress”-ə Artsax Respublikası Prezidenti Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Gündəliyə keçməzdən əvvəl Arayik Harutyunyan və Nikol Paşinyan çıxış etdilər.

Prezident Harutyunyan çıxışında ER Baş nazirini və iki ölkələrin TŞ üzvlərini alqışlayaraq, deyib:

“İlk dəfə Ermənistan Respublikası və Artsax Respublikası Təhlükəsizlik Şuralarının birgə iclasında iştirak etdiyim üçün əvvəlcə bu ənənəvi formatı alqışlamaq istərdim. Bu, vahid vətənimizin və ümumilikdə erməni millətinin üzləşdiyi təhlükəsizlik problemlərinin həlli yollarına dair fikir mübadiləsi aparmaq, səyləri birləşdirmək üçün unikal  format və platformadır. Bu növ işin ilk uğurları artıq nəzərə çarpır və əminəm ki, zaman keçdikcə vətəndə təhlükəsizlik səviyyəsini yüksəldən bu cür nailiyyətlər artmaqda davam edəcəkdir”.

Koronavrusla bağlı vəziyyətə toxunaraq Artsax Respublikasının Prezidenti iki ölkələrin bütün mümkün qurumları arasında ahəngdar və vahid işi mühüm sayıb.

“Əlbətdə ki, koronavirusun görünməz təhlükəsi ilə mübarizədə, xüsusən Azərbaycanın yaratdığı görünən təhlükəyə qarşı sayıqlığımızı zəifləməməliyik. Azərbaycan hakimiyyəti on illərlə təkcə Artsax üçün deyil, bütün Ermənistan əhalisi üçün təhlükə yaradır. Azərbaycan-Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini dəstəkləməklə eyni zamanda hər gün müharibəyə hazır olmağa məcburuq. Vahid bir vətənin və eyni təhlükəsizlik sisteminin ayrılmaz hissəsi olaraq, Artsax Respublikası və Ermənistan Respublikası sülhə və müharibəyə hazırlaşmaq üçün yanaşma və səylərini tam bölüşürlər. Bu, hərbi potensialı daim inkişaf etdirmək, sosial-iqtisadi imkanları inkişaf etdirmək, erməni xalqının hüquq və mənafelərini lazımi səviyyədə qorumaq üçün geniş xarici siyasət vasitələrindən istifadə etmək və informasiya və ya psixoloji təhlükəsizliyi təmin etmək üçün birgə səyləri nəzərdə tutur”- deyə  Artsax Resublikasının Prezidenti qeyd edib.

Daha çox göstər
Back to top button