BaşlıcaSiyasət

Heydər Əliyev bütün qüsurlarıyla birlikdə daha ağıllı idi, nəinki övladı

Gəlin səmimi olaq.Qarabağ münaqişəsinin həllində ən başlıca maneələrdən biri  o adamdır kim ki, hal-hazırda Azərbaycana rəhbərlik edir.Onun atası, bütün qüsurları ilə daha ağıllı idi. Heydər Əliyev öz ölkəsində diktator, avtoritar və repressiv rejim qurduğunu iddia edən beynəlxalq ekspertlərlə razılaşmamaq çətindir.  Bununla belə o realist idi.

Bu gün bizim qonşu ölkədə Azərbaycan xalqının milli qurtuluş günüdür. Qurtuluş, azərbaycanlıların fikrincə, 1993-cü il iyunun 15-də   Heydər Əliyev Azərbaycan Ali Şurasının sədri seçildi. Qısaca məlumat verim.

Bir dəfə rus müəllifinin Heydər Əliyevin hətta vaxtında SSRİ Prezidenti ola biləcəyini iddia etdiyi bir təhlili oxudum. Əgər Mixail Qorbaçov olmasaydı, Heydər Əliyev Sovet İttifaqının lideri olacaqdı, Çin nümunəsində  səthi islahatlar aparardı, böyük bir gücə sahib olardı və biz hamımız eyni böyük ölkədə yaşamağı  davam edəcəkdik.

 Şərhləri sizə buraxıram.

Fakt budur ki, 80-ci illərdə elə bir an oldu Heydər Əliyevin həqiqətən əlində mərkəzləşmiş qolu olan bir dövr idi.O dövrün baş nazirinin birinci müavini, SSRİ Nazirlər sovetinin birinci  müavini idi. 12 nazirliyə nəzarət edirdi və həqiqətən irəliləyə bilərdi.

Lakin buna Qorbaçovun perestroykası mane oldu. Hakim partiyanın hakim elitası ölkəyə kimin rəhbərlik edəcəyinə qərar verdikdə,  təcrübəli keçmiş “KQB”-çi olan Əliyev öz siyasi qoxusuyla birmənalı şəkildə  Mixail Qorbaçovun xeyrinə  səsləndi. Lakin Qorbaçov onu bəyənmədi və 1980-ci illərin ikinci yarısında Əliyevi  sovet karyerası demək olar ki, başa çatdı.

 Odur ki,məcburən Azərbaycana qayıtmalı oldu.Naxicevanın liderinə çevrildi. Sonra o  deyirdi:” Məni təbrik edən yeganə məmur Ermənistan Ali Şurasının sədri Leon Ter-Petrosyan idi”.

Artıq iki xalq müharibə edirdi, lakin Əliyev  Ermənistan hakimiyyətləri ilə yaxın münasibətlər qurdu. Özünün dedikləri:

“Mən həmişə Ermənistan rəhbərləri ilə əlaqə saxlamışam  və ortaq bir dil tapmaqmənə nail oldu. Özümühəddən artıq tərif etmədən deyə bilərəm ki, həyatımla qürur duyacağım bir səbəbim var, Naxicevanı müharibədən uzaqlaşdırdım”.

Razılaşın, Heydər Əliyevin  o dövrdəki davranışı həqiqətən təqdirəlayiqdir.Çünki Bakıdan  daima təzyiqedilirdi ki, biz Qarabağda vuruşuruq, sizsə Naxicevanda özünüz üçün rahatca oturursunuz. Bir daha Əliyevdən dən sitat gətirim:  

“Azərbaycan Xalq Cəbhəsinin nümayəndəsi İbrahim Əli 1992-ci ilin avqustunda Naxicevana gedib və mənə bildirdi ki, Naxicüvanda Ermənistana qarşı ikinci cəbhə açılmalıdır.

Çünki payızda Qarabağın azad edilməsi  məqsədiylə genişmiqyaslı əməliyyatlar planlaşdırılır. Ermənistanı məcbur etməliyik ki, qüvvələrinin bir hissəsini  Naxicevana doğru yönəltsin.

Mən cavab verdim: “Əgər Qarabağı azad etmək istəyirsənsə, gedib onu azad edin, ancaq Naxicevanı  buna cəlb etməyin”.

Azərbaycan prezidenti olandan sonra da Heydər Əliyev heç vaxt vəziyyətə ayıqlıqla qiymət vermək qabiliyyətini itirmədi, çünki sadəcə  cəbhə bölgəsində baş verən hadisələri görürdü.

1994-cü ilin aprelində hərbiçilərlə görüşəndə ​​onlara acı sözlər dedi. Mən sitat gətirəcəm:  “Ermənilər Yerevan, Lenininakandan  Fizuli, Ağdam, Tərtər şəhərlərinə gəlir elə burada da ölürlər, erməni  millətçilərinin niyyətini həyata keçirirlər.

 Biz isə öz torpaqlarımızı qorumağa gücümüz çatmır. Cəbrayılın 2000 nəfərlik dəstəsindən on beş nəfər mövqelərini tərk edərək İrana qaçaraq Araksın o biri tərəfinə keçdilər”.

Böyük Əliyev  həmçinin  olduqca yaxşı anlayırdı ki, kiminlə  danışıqlar aparmaq lazımdır. Bir dəfə, 1993-cü ilin sonunda Parisə getmişdi və orada dəvət olunmuş konfransda  faktlaşdırmışdır:

“Mən dialoqun tərəfdarı olmuşam. Həqiqətən də Azərbaycan və Dağlıq Qarabağ iqtidar qüvvələri arasında ünsiyyət və dialoq üçün yol açmışam”-deyərək  Heydər Əliyev  qeyd etmişdir.

Daha çox göstər
Back to top button