Artsax Respublikasının Ombudsmanı Atak Beqlaryan iyunun 20-də Ümumdünya Qaçqınlar Günü münasibəti ilə bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, 1988-ci ildən bəri Azərbaycan hakimiyyətlərinin etnik təmizləmə siyasəti (soyqırım hərəkətləri) və 1991-94-cü illərdə Azərbaycan-Qarabağ müharibəsi nəticəsində yüz minlərlə (bəzi ekspert qiymətləndirmələrinə görə 500.000) erməni qaçqın və ya məcburi köçkün olub. Onlar reprressiyalara, qırğınlara məruz qalıb, vətəndən, əmlakdan məhrub edilib. Onlar sadəcə etnik mənsubiyyətinə görə məhrumiyyətlərə məruz qalıblar.
“Onların bir qismi əvvəlcə Artsax Respublikası və Ermənistan Respublikasında yerləşib, lakin müharibə ərzində bir hissəsi ikinci dəfə Azəraycan tərəfindən hədəfə alındı. Bunun nəticəsində çoxu müxtəlif ölkələrə mühacirət etdi, Artsax Respublikasında qalanlar isə tədricən yerli cəmiyyətə inteqrasiya edərək, Artsax Respublikasının vətəndaşları olub.
Təəssüf ki, nə etnik təmizləmə zamanı, nə də nəticələrin aradan qaldırılması zamanı erməni qaçqınlar (xüsusilə Artsaxda yaşayanlar) və məcburi köçkünlər azərbaycanlı qaçqınlardan fərqli olaraq ciddi beynəlxalq humanitar və hüquqi-siyasi yardım almadılar.
Bundan əlavə, , münaqişənin həlli prosesində azərbaycanlı qaçqınlara süni üstünlük verən, erməni qaçqınların hüquq və ehtiyaclarına məhəl qoymayan tərəfsaxlayan beynəlxalq bəyanatlara tez-tez rast gəlinir. Bu isə o vəziyyətdə ki, oların hüquqları bu günə qədər Azərbaycan tərəfindən pouzulur və yaşadığı yerlərdə çoxların hələ də sosial ehtiyacları var”,- deyə bəyanatda qeyd olunur.
Artsax Respublikasının Ombudmanı vurğulayıb ki, insan hüquqları ümumidir və hər hansı ayrıseçkilik, o cümlədən ərazi, hüquqi, siyasi və beynəlxalq statusu əsasında olan ayrıseçkiliklər qəbuledilməzdir.
Münqaişənin həlli prosesində bütün hüquqlar, ehtiyaclar və maraqlar tərəfsaxlamadan olamalıdır, bəşəriyyətə qarşı olan cinyətləri törədənlər isə müvafiq məsuliyyətə cəlb olunmalıdır.
Artak Beqlaryan onu da qeyd etdi ki, beynəlxalq təcridə baxmayaraq, Artsax Respublikası öz səyləri və vəsaitləri ilə qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi probelemlərinin həlli istiqamətində işlər görüb.
Lakin, indiyə qədər bəzi ailələr üçün mənzil şəraitinin yaxşıaşdırılması gündəmdə qalır, dövlət isə öz öhdəlikləri tam və düzgün şəkildə yerinə yetirmək üçün səylərini davam etdirməlidir.
Bəyanatda bildirilir ki, Artsax Respublikasında yaşayan qaçqın və məcburi köçkünlərin hüquqları və ehtiyacları həm xarici, həm də daxili baxımdan Artsax Respublikasının insan hüquqları müdafiəçisinin diqqət mərkəzində olub və olacaq.