Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayı 12,5 mini ötdü

Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 6 nəfər ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Hazırkı dövrədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 049 test aparılıb.