Başlıcaİctimaiyyət

Norilsk küçələrindən birində kütləvi dava baş verib. Xəsarət alanlar var, Bu haqda “Argumenti i fakti” yazır(video)

Şahidlərin sözlərinə görə, münaqişə azərbaycanlılarla dağıstanlılar arasında məişətlə bağlı  baş verib. Bir nəfər yaralanıb.

“Norilsk polisi kütləvi dava barədə dünən gecə xəbər alıb.Polis əməkdaşları dərhal hadisə yerinə getdilər. Hadisə yerinə gələn polis vətəndaşların qanunsuz hərəkətlərini dayandırmış  və münaqişə iştirakçılarını polis bölməsinə aparmışdır”- deyərək polis mətbuat xidməti məlumatlandırıb..

Norilskdə hüquq mühafizə orqanları hadisənin şərtlərini, eləcə də bütün iştirakçıların şəxsiyyətini və şahidləri dindirərək araşdırma aparır. Döyüş iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi araşdırılır.

Daha çox göstər
Back to top button