Neo-Osmanlı siyasəti yürüdən Türkiyə hakimiyyətləri son illərdə ərəb dünyası ökələrində öz hərbi mövcudluğunu və təsirini artırmaq üçün səy göstərirlər və hətta qonşu Suriya və İraq ərazilərini işğal edirlər. Bundan başqa, Türkiyə Xİ naziri Çavuşoğlu bəyan edib ki, Ankara İdlibi təhlükəsizlik bölgəsinə çəvirmək və orada öz istəyi ilə qüvvələr yerləşdirmək niyyətindədir. Ankara öz məqsədləri üçün, rəsmi Dəməşqin şikayətlərini nəzərə almadan, terrorçu qruplar, o cümlədən İŞİD və Al Nusra ilə əməkdaşlıq etdi. Bundan başqa, Türkiyə Astana prosesində iştirak edərək, istənilən danışıq prosesində kürdlərin də iştirakına maneə törətmək üçün səy göstərirdi.
Ankara Suriyada radikal “Müsəlman qardaşlar” təşkilatını hakimiyyətə gətirməyə çalışırdı, amma bacara bilmədi. Lakin 2015-ci ildə Ankara təşkilatı dəsətkləyən Qatarla əməkdaşlıq etməyə başladı. Misirdən sürgün edilmiş təşkilat liderləri Qatarda sığınacaq almışdı və bundan istifadə edərək də Türkiyə energetiklərlə zəngin bu ölkədə öz təsirini və hərbi mövcudluğunu artırdı. Beləliklə, 2015-ci il oktyabrında Qatarda Trkiyənin ilk hərbi bazası işə başladı. 2017-ci il iyunun 5-də Qatarla 4 ərəb ölkəsi – Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında yaranmış diplomatik böhrandan sonra, Doha-Ankara əlaqələri daha da yaxınlaşdı. Ekspetlərin fikrincə, Türkiyə energetiklərlə zəngin bu ölkənin imkanlarından istifadə edərək ərəb dünyadsına, məsələn, Tunis, Liviya və Qərbi Asiya və Afrikanın digər ölkələrinə girməyə başladı.
Sıra Liviyaya gəlincə… Türkiyənin son mancəraları İraqla bağlıdır, bu ölkənin şimal hissəsi PKK mövqelərini məhv etmək üçün zaman-zaman bombalanır və Bağdadın suverenliyi pozulur. 2013-cü ildə Ərdoğan və PKK lideri Ocalan arasında “sülh” razılaşması əldə edildi, lakin “sülh” uzun sürmədi və Ankara kürdlərə qarşı hərbi əməliyyatlarına başladı. Suriyada güclənən kürd təşkilatlara qarşı mübarizə edə bilmək də bunun səbəblərindəndi. İndi isə, İraqa “ezamiyyətə” göndərilmiş PKK-çıları İraq şimalında məhv etmək üçün iki genişmiqyaslı hərbi əməliyyat həyata keçirildi. Sonrakı gün Bağdadda Türkiyə səfiri İraq XİN-nə çağırıldı və orada ona etiraz notası verildi Bu əməliyyatı ölkənin parlamenti də pislədi.
Demək, Ankara buna məhəl qoymayaraq, iyunun 17-də İraq şimalında daha geniş əməliyyata başladı. Türkiyə səfiri təkrar İraq XİN-nə çağırıldı və daha sərt bir nota verildi. İraq SQ sözçüsü isə, vurğulayıb ki, bir daha belə bir şeyin təkrarlanmasına icazə verməyəcəklər. Eyni zamanda, qeyd edildi ki, Türkiyəyə diplomatiya ilə cavab verəcəklər. Türkiyənin addımları BƏƏ və ərəb ölkələri parlamentləri tərəfindən pisləndi. Ankara isə, cavab olaraq bəyan etdi ki, İraqda daha çox hərbi baza yaradacaqdır. Ərəb dünyasında mövcud fikir ayrılıqları isə, Türkiyənin genişlənmə ambisiyalarına zəmin yaratdır.