BaşlıcaTəhlil

Azərbaycan Müdafiə nazirinin kədərli etirafı – Ermənilər oyun kartından məhrum etdilər

Azərbaycan Müdafiə naziri Zakir Həsənov Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışırkən, olduqca diqqətəlayiq şey bəyan edib. Onun fikrincə, ermənilər özlərinə dəsətk verən ABŞ yardımıyla cəbhə xəttini dərin kəşfiyyat – monitorinq avadanlığı ilə təmin etdilər və beləliklə, Azərbaycan üçün cəbhə xəttini hədəfləmə baxımından problemlər yaratdılar.

Həsənovun bəyanatı yalnız hərbi vəziyyətin qiymətəndirməsi və ya etirafı deyil, həmçinin hərbi-siyasi bir reallığın bir ifadəsidir. O deyir ki, Amerikanın yardımı ilə yerləşdirilmiş avadanlıqar Azərbaycanı cəbhə xəttini tez-tez və “effektiv” şəkildə hədəfə alma imkanından məhrum etdilər. Buysa, Bakını hərbi şantaj imkanından məhrum etməkdən başqa bir şey deyil. Hərbi şantaj, cəbhə xəttindəki qətlləıər isə Bakı diplomatiyasının əsas və yeganə oyun kartıdır, hansı ki az çox, nizamlanma prosesində işləyə bilərdi. Ancaq, Azərbaycan bu kartdan məhrum edildi.

Qeyd etmək lazımdır ki, söhbət yalnız inqilabdan sonrakı dövrdən getmir və Amerikanın bu avadanlıqları ermənilərin cəbhə xəttindəhələ 2016-cı il sonunda, 2017-ci ildə yerləşdirildi. Bundan başqa, 2017-ci il fevralın 25-də erməni qüvvələrinin bu texnologiya imkanlarıyla neytral zonada Azərbaycan diversiya qrupu aşkar olunub və məhv edilib. Bundan sonra da bir-iki dəfə elə cəhdlər edildi, amma Azərbaycan təkrar başa düşüb ki, diversiya şantajının vaxtı çoxdan keçmişdir.

Azərbaycan faktiki olaraq Ermənistanla ABŞ-ın əməkdaşlığı barədə bəyan edir və qeyd edir ki, ABŞ Ermənistana sponsorluq edir. Bakı olk dəfə deyil ki, ABŞ-nı Ermənistanı dəsətəkləməkdə günahlandırır. Digər tərəfdən də, ABŞ-ın regional sabitliyin qarantı olan Ermənistanı deyil də, regional və beynəlxalq təhdidi olan Azərbaycanı dəstəkləməsi qəribə olardı.

Məsələ odur ki, Azərbaycan Müdafiə naziri yalnız Bakının deyil də, Ankara ilə Moskvanın narahatığını da bildirir. Yəni, narahatlıq odur ki, ABŞ Rusiyayla Türkiyəni regionu 100 il əvvəl erməni torpaqları və həyatları hesabına parçaldıqları kimi etməyə icazə vermir.

100 il əvvəl bəzi səbəblərdən dolayı Vilson arbitrajı həyata keçirilmədi və indi 100 il sonra vəziyyət bam başqadır. Bunun sübutu da Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş və Bakını şantajdan məhrum etmiş texnologiyalarıdır.

Daha çox göstər
Back to top button