BaşlıcaSiyasət

Azərbaycan Türkiyədən PUA-lar almaq niyyətindədir?

Azərbaycan Müdafiə naziri Zakir Həsənov “Mir Şahin saatı” proqramında Türkiyədən pilotsuz uçuş aparatlarının alına biləcəyini vurğulayıb.

Nazir qeyd edib ki, son zamanda Türkiyənin PUA-ları Suriyada və Liviyada öz efektivliyini göstərdi.

“Bu istiqamətdə iş aparılır və artıq nəticə vardır. Suala cavab vermək istəyirəm. Bilirsiz ki, qardaş Türkiyə bizə həmçinin maddi yardım edir. Bu yaxınlarda, bir-iki gün əvvəl Milli Məcli bu razılaşmanı təsdiqlədi və qardaş Türkiyənin maliyyə dəstəyi ilə bu istiqamətdə işlərimizi davam etdiririk”,-Həsənov deyib.

İnfoteka24 yazır ki, azərbaycanşunas Taron Hovhannisyanın fikrincə, Zakir Həsənov faktiki olaraq PUA-ların satınalmasını nə təsdiq, nə də təkzib edib. O, Türkiyə ilə əməkdaşlıq etdiklərini qeyd edərək, aydın arqumentlər verməyib.

“Zakir Həsənovun qeyd etdiyi yardımın miqdarı təqribən 29 milyon dollardır və bu PUA almaq üçün çox azdır. Bununla müxtəlif hesablarla maksimum simvolik olaraq 4-6 dron almaq olar. Azərbaycanla Türkiyə bu məsələdə razılığa gəlsə, Azərbaycan tərəfi öz büdcəsindən əlavə vəsaitlər ayırmalıdır. Qeyd etdiyim kimi, Türkiyənin yardımı kifayət deyildir”,-deyə Taron Hovhannisyan vurğuladı.

Daha çox göstər
Back to top button