Bu gün ER Prezidenti Armen Sargsyanın ad günüdür. Prezidentin 67 yaşı tam olur.
ER Prezidentinin ad günü münasibətilə Rusiya Prezidenti Vladimir Putin təbrik məktubu göndərib.
“Rusiyada Ermənistan-Rusiya müttəfiq münasibətlərinin inkişafında Sizin fəal maraqlarınız yüksək qiymətləndirilir. Əminəm ki, ikitərəfli konstruktiv əməkdaşlığın gələcək genişlənməsi, Avrasiya integrasiya prosesi çərçivəsində qarşılıqlı tərəfdaşlıq bizim qardaş xalqlarımızın əsas maraqlarına cavab verir”,-təbrik məktubunda deyilir.
Putin Sargsyana cansağlığı, firavanlıq və dövlət fəaliyyətində uğurlar arzuladı.