ArtsaxBaşlıca

ABŞ konqresmenləri hakimiyyəti Artsaxa yardım etməyə çağırıblar

ABŞ konqresmenləri hakimiyyəti Artsax və Ermənistan hökumətinə 100 mln. ABŞ dolları yardım etməyə çağırıblar. Bu barədə məlumatı Amerikadakı Erməni Milli Komitəsi (ANCA) verib.

Bildirilib ki, müraciəti ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri Cudi Çu, Devid Sisillin, Cim Kosta, Ticey Koks, Con Qaramendi, Cim Xayms, Kerolayn Maloni, Adam Şiff, Bred Şerman və Raşida Tlaib ediblər.

“Mən 2021-ci maliyyə ilində ABŞ-Ermənistan strateji tərəfdaşlığı gücləndirməyə, Ermənistan və Artsaxa aktiv şəkildə yardım etməyə çağırıram. Ən önəmlisi isə, Artsaxda minatəmizləmə işlərinə 1.5 milyon ABŞ dollar ayırmağa çağırıram”,-deyə Şerman öz çıxışında qeyd etdi.

Bununla əlaqədar Amerikadakı Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan, Şermana və Ermənistanla Artsaxa davamlı dəstəyin lehinə danışan bütün konqresmenlərə təşəkkür etdi.

Daha çox göstər
Back to top button