BaşlıcaBeynəlxalq

“Azərbaycan təlimlər keçirir, amma ən azı ildə bir böyük hərbi təlim haqqında məlumat vermir”

ABŞ Azərbaycanı hərbi təlimlər keçirərkən onların ölçüsü və təyinatı haqqında daha ətraflı məlumat verməklə, daha şəffaf olmağa çağırır. Azərbaycan KİV-ləri yazır ki, bu barədə Dövlət Departamentinin silahlara nəzarət sahəsində sazişlərə və öhdəliklərə riayət olunması haqqında Konqresə təqdim etdiyi məruzədə deyilir.

Dövlət Departamentinin məruzəsinə əsasən, Vaşinqton ötən ilin payızında “genişmiqyaslı təlimlərdə şəffaflıq olmaması” ilə bağlı narahatlığını Bakı ilə bölüşüb.

“Vyana sənədinin 9/12 saylı qərarına uyğun olaraq, iştirakçı dövlətlər hər il ən azı bir böyük hərbi təlim haqqında məlumat verməlidirlər.

Azərbaycan təlimlər keçirir, amma ən azı ildə bir böyük hərbi təlim haqqında məlumat vermir”, deyə məruzədə bildirilir.

Daha çox göstər
Back to top button