Başlıcaİctimaiyyət

Azərbaycanlı bloqer ölkənin DSX rəisi Elçin Quliyevin bağ evinin şəklini paylaşıb

Azərbaycanda yaşamayan azərbycanlı bloqer Həbib Müntəzir Azərbaycanın Novxanı qəsəbəsindən peyk şəkli paylaşıb. Bloqer qeyd etdi ki, bu Azərbaycan Dövlət Sərhəd Xidmətini rəisi Elçin Quliyevin bağ evidir.

Həmçinin qeyd olunub ki, o, bu ərazidə Xəzər dənizi formasında süni göl də yaratdırıb və bağından gölə birbaşa dəhliz çəkdirib. Bu obyekt 200-dan çox hektardır.

Azərbaycanın hökumətyönlü informasiya agentlikləri isə yazır ki, bu dövlət obyektidir və Elçin Quliyev ilə heç bir əlaqəsi yoxdur. Ərazidə iki ədəd helikopter meydançası, böyük nəqliyyat parkovkası olduğu da görünür.

Daha çox göstər
Back to top button