BaşlıcaSiyasət

ER səfiri: “Azərbaycanın Qarabağla bağlı mövqeyi səmərəsizdir və bölgədə sülhün bərqərar olması üçün beynəlxalq səylərə xələl toxundurur”

“Armino”nun verdiyi məlumata görə  bu il Ermənistan və ABŞ diplomatik münasibətlərin qurulmasının 100 illiyini qeyd edir. Bu barədə ER ABŞ-dakı səfiri Varujan Nersisyanın Amerika Konqresi üzvlərinə ünvanladığı məktubda qeyd edilir.

Eyni zamanda, diplomat əlavə edib ki, iki ölkə arasındakı çoxəsrlik dostluq ortaq tarix, demokratik dəyərlər və bölgəmizdə və dünyada ortaq bir baxış üzərində əsaslanaraq daha da möhkəmlənir və inkişaf  etməkdədir.

Nersesian, Ermənistandakı Məxməri İnqilabdan sonra, Ermənistan-Amerika ikitərəfli münasibətlərinin regional, ticarət, enerji, texnoloji, müdafiə və humanitar məsələlər üzrə əməkdaşlığın intensivləşdirilməsini özündə cəmləşdirən strateji dialoq səviyyəsinə yüksəldiyini qeyd edib.

“ABŞ Konqresinin Ermənistan Respublikası parlamentiylə konstruktiv əməkdaşlığından xüsusilə ilham alırıq. Bir müddət öncə Ermənistanın ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Dini Etiqad Alyansına qoşulduğu da diqqətəlayiqdir.

Birləşmiş Ştatlar 1989-cu ilin noyabrında Senatın 178 saylı qərarı ilə Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsini və münaqişənin sülh yolu ilə və ədalətli həllini tapmasını dəstəkləyən ilk ölkələrdən biri oldu.

Sözügedən qətnamədə sovet hakimiyyətini “Dağlıq Qarabağ xalqının seçilmiş nümayəndələri ilə Vətənə birləşmək tələbləri ilə konstruktiv müzakirələrə başlamağa” çağırılıb”-deyərək səfirin məktubunda  qeyd edilib.

Eyni zamanda, Nersesyan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsinin sülh prosesinin əsasını təşkil etdiyini vurğuladı.

“Azərbaycan yalnız öz müqəddəratını təyinetmə hüququndan imtina etmir, eyni zamanda, Minsk prosesinin təsis sənədlərində ATƏT tərəfindən tanınan, münaqişənin həllində rolu seçilən Dağlıq Qarabağın seçilmiş nümayəndələri ilə danışmaqdan imtina edir.

 Müharibə bitdikdən sonra, Dağlıq Qarabağ beynəlxalq sülhməramlılar olmadan,iyirmi beş ildir ki, Azərbaycanla atəşkəs rejiminin təmin edilməsində beynəlxalq  sülhməramlıları olmadan əsas rol oynayır. Buna görə danışıqlar masasında yerini almaq hüququnu qazanmışdır.

Sülh prosesində onun  rolundan imtina sülhü ləngidir və qeyri-müəyyənliyi uzadır” –deyərək o xatırladıb ki, Artsaxda demokratiya institutları formalaşıb ki, onlar da o cümlədən azad və şəffaf seçki proseslərinə imkan verir.

Halbuki Azərbaycanda klan hakimiyyətidir və o da  demokratik seçkilərə qarşı gedir beləliklə özünü idarəçiliyi daha da əbədiləşdirir”- deyərək ER  ABŞ-da  səfiri təhlil edib.

Daha çox göstər
Back to top button