BaşlıcaSiyasət

Ermənistan hərbçiləri Moskvada keçirilən hərbi paradda iştirak edirlər (Video)

Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı başlayıb.

Paradda ölkəmizi Ermənistan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edir. Ermənistan nümayəndə heyətinə polkovnik Aşot Hakobyan rəhbərlik edir.

Ermənistan Müdafiə naziri Davit Tonoyan da faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradında iştirak edir.

Paradda 15 min hərbi qulluqçu, 234 ədəd yerüstü hərbi texnika, 80 təyyarə və helikopter iştirak edir.

Xatırladaq ki, ER Baş naziri Nikol Paşinyan olkədəki koronvirus epidemiyası səbəbindən paradda iştirak etmir.

Qeyd edək ki, parad ənənəvi olaraq mayın 9-da keçirilir, lakin koronavirus pandemiyası ilə əlaqədar tədbir iyunun 24-nə ertələnib. Yeni tarix isə 24 iyun 1945-ci ildə Qırmızı Meydanda tarixi Qələbə Paradının keçirilməsinə həsr olunub.

Հայաստանի զինված ուժերը՝ Մոսկվայի զորահանդեսին

Հայաստանի զինված ուժերը՝ Մոսկվայի զորահանդեսին

Gepostet von Armenpress am Mittwoch, 24. Juni 2020
Daha çox göstər
Back to top button
Close