Başlıcaİctimaiyyət
Ermənistanda daha 711 nəfərdə koronavirus aşkarlandı
Ermənistanda bir gündə 711 nəfərdə koronavirus aşkarlandı, 653 nəfər sağalıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununlada Ermənistanda virusa yoluxanların sayı 21 717-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 386-ya çatıb. İndiyədək 10 797 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 404 aktiv koronavirus xəstəsi var. İndiyədək 100 400 test aparılıb.