Başlıcaİctimaiyyət

ÜST koronavirusla mübarizə ilə bağlı Ermənistana təkliflər edəcək

Ermənistan Respubliaksının səhiyyə naziri Arsen Torosyan Ümumdünya Səhiyyə Təşkilatının Ermənsiatndakı ofisinin sədri Egor Zaytsev v ÜST-in Avropa üzrə regional direktorunun xüsusi müşavirəsi, ÜST-nin Latviyadakı nümayəndəsi Mişel Tieren ilə görüşüb.

ER Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ÜST-nin missiyası koronvirusla müarizədə ölkəmizin strategiyasını öyrənmək və təkliflər vermək üçün Ermənistana gəlib.

Nazir ÜST missiyasının təkliflərinin koronavirusla mübarizəyə öz töhfəsini verəcəcəyinə ümidvar olduğunu bildirib.

“Nork” infeksion və “Surb Grigor Lusavoriç” xəsətəxanalarında missiya nümayəndələri koronavirusa yoluxanların müalicə prosesləri ilə tanış olublar. Görüş ərzində nazir Torosyan ilkin tibbi yardım işçiləri və hazırlıqları barədə danışdı. Nazir bu günə qədər 1000-dən çox tibb işçisi onlayn kurların keçirildiyini söylədi.

Mişel Tieren epidemiya ilə mübarizədə, infeksiyanın aşkarlanması və idarə olunması üçün tədbirlərin təşkilində nazirliklərarası və yerli təşkilatların əməkdaşlığının vacib olduğunu vurğuladı.

Tərəflər təcrübə mübadiləsi və nəticələri ümumiləşdirmək üçün yenidən görüşməyə hazır olduqlarını bildirdilər.

Daha çox göstər
Back to top button