BaşlıcaBeynəlxalq

Dövlət Departamenti: Azərbaycanda terrorizmə qarşı mübarizədən siyasi opponentlərin aradan qaldırılması üçün bəhanə kimi istifadə edilməsimə dair faktlar var

Azərbaycan ABŞ Dövlət Departamentinin terrorizmin aşkar edilməsi və qarşısının alınması üzrə “fəal iş” apardığına görə təriflədiyi beynəlxalq tərəfdaşlar sırasındadır. Bu barədə çərşənbə günü açıqlanan terrorizmə qarşı mübarizə haqqında illik hesabatda deyilir.

Lakin Vaşinqton eyni zamanda xatırladıb ki, Azərbaycanda terrorizmə qarşı mübarizədən siyasi opponentlərin aradan qaldırılması üçün bəhanə kimi istifadə edilməsimə dair faktlar var.

Hesabatda deyilir ki, 2019-cu ildə Azərbaycanda terror aktları qeydə alınmayıb. Hüquq – mühafizə orqanları və təhlükəsizlik xidməti “Azərbaycan ərazisində terror aktlarının aşkar edilməsi, qarşısının alınması və durdurulması qabiliyyətini nümayiş etdiriblər”.

Lakin hüquq-mühafizə və təhlükəsizlik orqanları “terrorizm” və “ekstremizm” anlayışlarını “çox geniş” tətbiq ediblər. Nəticədə siyasi opponentlər və dini fəallar məhkəmə təqiblərinə, həbslərə və amansız davranışa məruz qalıblar.

“Fiziki zorakılıq faktları ən çox DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən törədilib”, – məruzədə bildirilir. Buna misal kimi, Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun işini göstərmək olar.

N.Əhmədov Covid- 19 dövründə “karantin tədbirlərini pozduğuna görə” 30 gün inzibati həbs cəzası çəkdikdən sonra “terrorizmin maliyyələşdirilməsində” ittiham olunub.

Daha çox göstər
Back to top button