Başlıcaİctimaiyyət

Ermənistanda yeni antirekord: 771 yoluxma

Ermənistanda daha 771 nəfərdə koronavirus aşkarlanıb.

Bunu Ermənistan Respublikasının səhiyyə naziri Arsen Torosyan açıqlayıb.

Torosyanın sözlərinə görə, bu yoluxma sayı yeni antirekorddur. A.Torosyan qeyd edib ki, son 24 saatda 2 336 nəfər COVID-19 testindən keçib.

Ağır xəstələrin sayı 502, kritik ağır vəziyyətdə olanların sayı isə, 113-dür.

Nazir vurğulayıb ki, ölkədə hazırda 51 vətəndaş xəstəxanaya yerləşdirilməsini gözləyir. Onlardan 2-si evdə, qalanları isə koronavirusla mübarizə çərçivəsinə daxil edilməyən tibb mərkəzlərində müalicə olunurlar.

Qeyd edək ki, ölkədə indiyədək 22 488 yoluxma faktı qeydə alınıb.

Hazırda Ermənistanda 10 625 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button