BaşlıcaSiyasət

Hakob Arşakyan sirri acid: Ermənistanda istehsal olunan mərmiatan

ER yüksək texnoloji sənaye naziri Ermənistanın hərbi-sənaye kompleksində istehsal olunan silahları təqdim etdi.

“Sputnik Armeniya”nın məlumatınca Ermənistan Respublikasının Yüksək texnologiyalar naziri Hakob Arşakyan Facebook səhifəsində Ermənistanda istehsal olunan yeni hərbi texnikanı təqdim etdi.

“Bunlar qürurla Ermənistanda istehsal olunur”-deyərək nazir qumbaraatan və yerli istehsalın mərmiatanların şəkillərini yerləşdirib. Bu günə qədər Ermənistan istehsalı olan silahlarla bağlı başqa bir məlumat verilməmişdir..

Xatırladaq ki, mayın 14-də hökumətdəki müzakirə zamanı ER Baş naziri Nikol Paşinyan Ermənistanın hərbi sənayenin inkişafı üçün zəruri intellektual və elmi potensiala sahib olduğunu və hərbi sənayenin aparıcı qüvvələrdən biri olmalı olduğunu bildirmişdi

Aprelin 6-da isə  ER Baş naziriFacebook-da canlı efirdə istifadəçilərdən birinin” hərbi sənaye  kompleksinin  quruluşu hansı mərhələdədir”-sualına cavab olaraq cəmi 3 gün əvvəl öz gözləri ilə inanılmaz bir olay gördüyünü  bildirmişdir.

Və iki gün sonra, aprelin 8-də ER Yüksək Texnologiyalar naziri Hakob Arşakyan, Ermənistan hərbi-sənaye kompleksinin məhsullarının tezliklə beynəlxalq bazara çıxa biləcəyini bəyan etdi.

Hakob Arshakyan adlı şəxsin şəkli.

Qeyd etmək lazımdır ki, Ermənistanın 2020-ci ildə hərbi-sənaye ayırmaları 2019-cu illə müqayisədə təxminən 22% artmışdır. Ermənistanı yüksək texnologiyalı hərbi sənaye istehsal edən və ixrac edən bir ölkə halına gətirmək üçün 2020-ci il dövlət büdcəsində nazirliyə 12,5 milyard dram ayrılması nəzərdə tutululmuşdur.

Daha çox göstər
Back to top button