BaşlıcaTəhlil

Niyə Türkiyə silahını əldə etmək üçün Bakıya 30 milyon kredit lazımdır?

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim bir neçə gün əvvəl  birdirdi ki, 25 fevral 2020-ci ildə imzalanan hərbi-maliyyə əməkdaşlığı müqaviləsinə əsasən, Türkiyə hərbi məhsullarının alınması üçün Azərbaycana 200 milyon türk lirəsi (təxminən 30 milyon dollar) qrant verəcək. Qeyd edək ki, Türkiyə hərbi sahədə Azərbaycanın əsas tərəfdaşlarından biridir və rəsmi Bakı bəzi növ müdafiə təyinatlı məhsullar alır.

“Lragir.am” qeyd edir ki, son onilliklər ərzində bu sahədə nəzərə çarpan irəliləyişlərə baxmayaraq, Türkiyənin öz aviasiya və tankları yoxdur, arsenalında Amerika “F-16” qırıcıları, Almaniya və Amerikanın “Leopard”, “M60”, “M48” tanklarıdır ki, onilliklər əvvəl inkişaf etdirilmiş və köhnəlmişdir. Türkiyə öz dizaynlı “Altay” tankının layihəsi mühərrikin inkişafı ilə əlaqədar çətinliklər üzündən hələ də dayanmaqdadır. Yalnız kosmik peyklərin, T129 “Atak” hücum helikopterinin, müxtəlif raket sistemlərinin, 155 mm-lik “Firtina” özüyeriyən artilleriya sisteminin, pilotsuz uçuş aparatlarının, “Koral” elektron müharibə sisteminin və eyni zamanda daha az əhəmiyyətli sistemləri ilə bağlı uğurlar qazanıb. Türkiyə hərbi-sənaye kompleksində onlarla kiçik şirkət, eləcə də məhsulları ixrac olunan “Aselsan”, “Roketsan” kimi bir neçə iri şirkət texnoloji ton təyin edir.

Yenə də davam edən geosiyasi hadisələr və Türkiyənin qonşuları və ABŞ ilə mürəkkəb münasibətləri, Kürdüstan Fəhlə Partiyası ilə bağlı daxili problemlər inkişaf etmiş hərbi sənayesi olan ölkələri Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlıq etməməyə məcbur edir.

Buna görə də, öz silah yuvalarını müasir tələblərə uyğun doldurmaq üçün, Türkiyənin hərbi-siyasi rəhbərliyi digər ölkələrə nəinki müdafiə sənayesində ortaq əməkdaşlıq üçün, eyni zamanda öz məhsullarını satmaq üçün də müraciət edir.

Gördüyümüz kimi, “qardaş” Azərbaycana silah tədarükü üçün kredit verilməsi bu nümunələrdən biridir. Bu mənada çox qəribə görünür ki, hər zaman öz güclü maliyyə imkanlarını və hamısını nağd şəkildə ödəmək meylini göstərən Bakı kredit alır.

Azərbaycanın hakim elitasının ofşor qalmaqalları ilə bağlı ortaya çıxan faktları nəzərə alsaq, çox güman ki, bu sadəcə çirkli pulların yuyulması ssenarisidir, hər halda 30 milyon dollara heç bir ciddi silah alına bilməz.

Daha çox göstər
Back to top button